ABŞ şirkətləri ilə kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək istəyirik - Mikayıl Cabbarov

ABŞ şirkətləri ilə kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək istəyirik - Mikayıl Cabbarov

BİZNES
92

Azərbaycan ilə ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlığa dair Çərçivə Sazişinin imzalanması iki ölkə arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində təşkil olunan brifinqdə bildirib.

Nazirin sözlərinə görə, kritik minerallar sahəsində əməkdaşlığa dair Çərçivə Sazişi bir gün əvvəl imzalanıb və bu sənəd iqtisadi tərəfdaşlığın inkişafında yeni imkanlar yaradır.

Mikayıl Cabbarov qeyd edib ki, saziş yalnız böyük perspektivlər vəd etmir, eyni zamanda kritik mineralların müasir iqtisadiyyatda və istehsal zəncirlərinin formalaşmasında artan rolunu nəzərə alaraq strateji əhəmiyyət daşıyır.

Nazir vurğulayıb ki, Azərbaycan bu sahədə fəaliyyət göstərən Amerika şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Onun sözlərinə görə, əsas məqsəd ABŞ şirkətlərinin bilik və təcrübəsindən yararlanmaq, eləcə də kritik minerallar sektorunun inkişafına yönəlmiş imkan və alətlərdən istifadə etməkdir.

Mikayıl Cabbarov bildirib ki, ABŞ-də kritik minerallar sənayesinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahədə əməkdaşlıq Azərbaycan üçün də yeni perspektivlər açır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ şirkətləri ilə kritik minerallar sahəsində əməkdaşlığı genişləndirmək istəyirik - Mikayıl Cabbarov — Fins.az — Fins.az