
ABŞ-da kiçik biznesin nikbinlik indeksi mayda azalıb
Fins.az - ABŞ-da kiçik biznes nümayəndələrinin nikbinlik indeksi may ayında azalaraq 95,3 bənd təşkil edib.
Məlumata görə, göstərici aprel ayında 95,9 bənd olub.
Beləliklə, indeks 2024-cü ilin oktyabrından bəri ən aşağı səviyyəyə enib.
İqtisadçıların gözləntilərinə əsasən, göstəricinin 96 bəndə yüksələcəyi proqnozlaşdırılırdı.
Mütəxəssislər hesab edirlər ki, indeksdəki azalma kiçik sahibkarlıq subyektlərinin iqtisadi perspektivlərlə bağlı ehtiyatlı mövqeyini əks etdirir.