ABŞ-ın Xəzər Siyasət Mərkəzinin rəhbər heyəti KOBİA-da olub

ABŞ-ın Xəzər Siyasət Mərkəzinin rəhbər heyəti KOBİA-da olub

BİZNES
526

ABŞ-ın müstəqil beyin mərkəzi olan Xəzər Siyasət Mərkəzinin (“Caspian Policy Center”) üzvləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

KOBİA-dan Fins.az-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov mərkəzin icraçı direktoru və İdarə Heyətinin üzvü Əfqan Nifti, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta və müxtəlif ölkələrdə səfir işləmiş Riçard Hoqland, eləcə də elmi dairələrin nümayəndələrindən ibarət nümayəndə heyətinə Azərbaycanın biznes və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi tədbirləri, o cümlədən iqtisadiyyatda kiçik və orta sahibkarlığın rolunun və rəqabətqabiliyyətinin artırılması istiqamətində görülən tədbirlər, KOB-lara göstərilən dövlət dəstəyi, agentliyin fəaliyəti və dəstək mexanizmləri barədə məlumat verib.

Görüşdə, həmçinin qonaqları maraqlandıran suallar cavablandırılıb və mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-ın Xəzər Siyasət Mərkəzinin rəhbər heyəti KOBİA-da olub — Fins.az — Fins.az