54 mənzilli bina 2,8 milyon manata tikiləcək

54 mənzilli bina 2,8 milyon manata tikiləcək

BİZNES
844

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu "GM Construction" MMC ilə müqavilə bağlayıb.

Fins.az xəbər verir ki, məbləği 2 milyon 837 min manat olan müqavilə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 30 №-li yaşayış binasının tikintisini nəzərdə tutur.

Fond, yeni yaşayış məhəlləsində sahədaxili rabitə və videomüşahidə şəbəkələrin tikintisini, klub-icma mərkəzinin tikintisini və musiqi məktəbinin tikintisini 3 milyon 326 min manat qarşılığında “Azertikinti-M” MMC-yə, abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisini isə 3 milyon 77 min manat qarşılığında "Azəri Servis LTD" MMC-yə həvalə edib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
54 mənzilli bina 2,8 milyon manata tikiləcək — Fins.az — Fins.az