2027-ci ilədək enerji sisteminə 2 giqavat güc əlavə olunacaq - Elnur Soltanov

2027-ci ilədək enerji sisteminə 2 giqavat güc əlavə olunacaq - Elnur Soltanov

BİZNES
302

Azərbaycan enerji sisteminin modernləşdirilməsi məqsədilə 500 milyon dollardan çox vəsait yatırır.

Fins.az xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ölkənin enerji şəbəkəsinin nisbətən kiçik olması və digər ölkələrin enerji sistemləri ilə məhdud əlaqələri bərpa olunan enerji mənbələrinin genişmiqyaslı inteqrasiyası baxımından müəyyən çətinliklər yaradır.

Elnur Soltanov qeyd edib ki, böyük enerji sistemləri bərpa olunan enerji istehsalında yaranan dəyişkənliyi daha effektiv idarə edə bildiyi halda, kiçik sistemlərdə bu proses daha mürəkkəb xarakter daşıyır.

Nazir müavini bildirib ki, süni intellekt texnologiyalarının və məlumat mərkəzlərinin inkişafı elektrik enerjisinə tələbatı artırır və bu da yeni enerji istehsal güclərinin, xüsusilə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.

Onun sözlərinə görə, məlumat mərkəzləri sabit və fasiləsiz enerji təchizatı tələb etdiyindən enerji sisteminin idarə olunmasına əlavə tələblər formalaşdırır.

Elnur Soltanov qeyd edib ki, hazırda Azərbaycanda enerji şəbəkəsinin modernləşdirilməsinə 500 milyon dollardan artıq vəsait yönəldilir və məqsəd 2027-ci ilədək sistemə əlavə olunacaq 2 giqavat gücü qəbul edə biləcək infrastrukturun formalaşdırılmasıdır.

Nazir müavini əlavə edib ki, süni intellekt texnologiyaları və məlumat mərkəzlərinin Azərbaycana cəlb olunması ölkənin enerji sektorunun inkişafı baxımından müsbət qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2027-ci ilədək enerji sisteminə 2 giqavat güc əlavə olunacaq - Elnur Soltanov — Fins.az — Fins.az