
2022–2025-ci illərdə kənd təsərrüfatı idxalı əsasən heyvandarlıq məhsulları üzrə artıb
Fins.az - Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, 2022–2025-ci illərdə kənd təsərrüfatı üzrə idxal əsasən diri heyvanlar və heyvandarlıq məhsulları üzrə artıb.
Hesabata əsasən:
Diri iribuynuzlu heyvanların idxalı 3,7 dəfə artıb,
Diri qoyunların idxalı 2,1 dəfə artıb,
İribuynuzlu və xırdabuynuzlu heyvan əti idxalı 2,8 dəfə artıb,
Kərə yağı idxalı 1,6 dəfə artıb.
2025-ci ildə kənd təsərrüfatı və ərzaq məhsullarının idxalında bu məhsulların payı 11,4% təşkil edib. Bu dövrdə kənd təsərrüfatı və emal məhsullarının ixracı 33,6% artaraq 1,524 milyard ABŞ dollarına çatıb, meyvə ixracı isə 47,9% artaraq 663,5 milyon ABŞ dollarına yüksəlib.
Hesabatda vurğulanıb ki, heyvandarlıq məhsulları idxalının artımına təsir edən əsas amillərdən biri də yerli məhsulların maya dəyərinin idxal məhsullarla müqayisədə daha yüksək olmasıdır. Xüsusilə heyvandarlıq və quşçuluqda yem xərclərinin bahalaşması istehsalçı qiymətlərinin yüksəlməsinə səbəb olub.