1 aylıq şirkət Dövlət Xidmətinə 4,2 milyon manatlıq iş görəcək

1 aylıq şirkət Dövlət Xidmətinə 4,2 milyon manatlıq iş görəcək

BİZNES
553

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti "Abadlaşma işlərinin satınalınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb. 

Fins.az xəbər verir ki, qalib şirkət “Tufan Company” MMC-dir.

Xidmət qalib şirkət ilə məbləği 4 milyon 230 min 212 manat olan müqavilə imzalayıb. 

Həmçinin Dövlət Xidməti "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun dövlət atributlarının satınalınmasına dair; 2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində soyutma və istilik sistemlərinə xidmətin satınalınmasına dair" tenderi yekunlaşdırıb. Bu tenderin qalibi “AS SERVİCE” MMC-dir. 

Dövlət Miqrasiya Xidməti qalib şirkət ilə məbləği 1 milyon 199 min 800 manat olan müqavilə imzalayıb.

Qeyd edək ki, "Tufan Company" şirkəti 09 Aprel 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ələskərov Elçin Hafiz oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qurban İsmayılov küç, ev 1, m.17-dir.

Hüquqi ünvanı Xaşmaz rayonu, Gülalan kəndi olan "AS Service" MMC isə 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Camalov Mənsur Aslan oğludur.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
1 aylıq şirkət Dövlət Xidmətinə 4,2 milyon manatlıq iş görəcək — Fins.az — Fins.az