Xəzinə 6,4 5-lə 25 milyon manat cəlb etdi

Xəzinə 6,4 5-lə 25 milyon manat cəlb etdi

BİRJA
885

25 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106004788 ISIN-li, 25 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 94.8834 AZN (9.5000%) və 102.9599 (6.3999%) olan 19 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.9599 (6.3999%), orta ölçülmüş qiyməti 102.9599 (6.3999%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 94 milyon 805 min 100 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi  21 fevral 2023-ci ildir.

Hərrac iştirakçıları 26 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xəzinə 6,4 5-lə 25 milyon manat cəlb etdi — Fins.az — Fins.az