Xəzinə 50 milyon manat borc alır

Xəzinə 50 milyon manat borc alır

BİRJA
929

5 may 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 50 milyon manatlıq Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Diskontlu, qısamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0104005779

Emissiya həcmi

50 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

364 gün

Ödəmə tarixi

      04.05.2021

Anderrayter

Paşa Kapital İŞ QSC


Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xəzinə 50 milyon manat borc alır — Fins.az — Fins.az