
WTI markalı neftin qiyməti azalıb
Asiya bazarlarında WTI (West Texas Intermediate) markalı neftin qiyməti azalıb.
Fins.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında aprel ayı üzrə WTI neft fyuçersləri 0,18% ucuzlaşaraq bir barel üçün 65,54 dollar olub. Gün ərzində ən aşağı qiymət 65,14 dollar təşkil edib. Hazırda bu səviyyə dəstək, 67,28 dollar isə müqavimət həddi sayılır.
ICE birjasında isə may ayı üzrə Brend nefti 0,24% artaraq 70,86 dollara yüksəlib.
Aynur Bayramova
Fins.az