Vüsal Məmmədov: "Bu gün açıqlanacaq neft ehtiyatları hesabatı neft qiymətlərinin növbəti artımına apara bilər"

Vüsal Məmmədov: "Bu gün açıqlanacaq neft ehtiyatları hesabatı neft qiymətlərinin növbəti artımına apara bilər"

BİRJA
920

Son günlər neft qiymətlərinin bahalaşması ölkəmizdə bu sahədə müsbət tendensiyaların intensivləşməsi ilə  bağlı fikirləri aktuallaşdırıb

Bu barədə fins.az-a açıqlama verən iqtisadçı ekspert Vüsal Məmmədov bildirib ki,  OPEK+ ölkələri razılaşması ilə bağlı səs-küylü bəyanatlar müşahidə edilmir.Neft hasilatı rekord səviyyədə olduğu halda və tələbin aşağı düşməsi fonunda qiymətlər yüksəlir 
Neft qiymətlərinin rekord həddə ucuzlaşmasına əsas səbəb kimi göstərilən Amerika Birləşmiş Ştatlarının neft saxlanclarının dolması ilə bağlı xəbərlər fonunda qiymətlərin bahalaşmasında ABŞ-ın təsirlərini də qeyd edərək bildirib ki," Qiymət artımı hasilat azaldılması razılığından sonra başlasa da Amerikanın da hasilatı azaltması artıq mübət nəticələrə gətirib çıxarır.Həftə ABŞ -da neft qurğuları hesabatından da göründüyü kimi qurğu sayları 2016 - cı ildə mövcud olan səviyyəyə qədər endirilib.
Vüsal Məmmədov fikirlərinin davamında "Bu gün ABŞ Energetika Nazirliyi tərəfindən açıqlanacaq neft ehtiyatları hesabatı neft qiymətlərinin növbəti artımına apara bilər"-deyə qeyd edib
 
Müəllif :Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vüsal Məmmədov: "Bu gün açıqlanacaq neft ehtiyatları hesabatı neft qiymətlərinin növbəti artımına apara bilər" — Fins.az — Fins.az