Türkiyədə fəaliyyət göstərən şirkət Bakı Fond Birjasından pay alıb

Türkiyədə fəaliyyət göstərən şirkət Bakı Fond Birjasından pay alıb

BİRJA
800

Azərbaycanın qabaqcıl investisiya şirkəti “İnvest-AZ İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-dəki payının yarısını Türkiyədə fəaliyyət göstərən “İnvest-AZ Yatırım Menkul Degerler Anonim Şirkəti”nə ötürüb.

Bakı Fond Birjası-nın Audit hesabatına  xəbər verilir ki, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Birjanın nizamnamə kapitalınakı payı 9.5238%-dən 4.7619%-ə düşüb. Nəticədə də “İnvest-AZ Yatırım Menkul Degerler Anonim Şirkəti” 4.7619% paya malik olub.

Qeyd edək ki, “İnvest-AZ İnvestisiya Şirkəti” QSC və “İnvest-AZ Yatırım Menkul Degerler Anonim Şirkəti”nin səhmdarları eyni şəxslərdir.

31 dekabr 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin 11 səhmdarı olub. Bakı Fond Birjası 1 milyon 260 min manat nizamnamə kapitalına malikdir.

“Bakı Fond Birjası” QSC 23 oktyabr 1997-ci il tarixində təsis edilmiş və Azərbaycan Respublikasında fəaliyyət göstərir. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycan Respublikası daxilində bütün növ qiymətli kağızlarla ticarət əməliyyatlarının təşkil edilməsidir. 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 31 dekabr 2019-cu il tarixində 2 milyon 255 min manat nizamnamə kapitalına malik olub. Şirkət 2019-cu ili 556 min manat xalis mənfəət ilə bağlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə fəaliyyət göstərən şirkət Bakı Fond Birjasından pay alıb — Fins.az — Fins.az