Trampın "vur əmri" verdi -NEFT BAHAŞADI

Trampın "vur əmri" verdi -NEFT BAHAŞADI

BİRJA
1,098

Bu gün 16,95 dollaradək ucuzlaşan Brent nefti, ABŞ Prezidenti Donald Trampın, ABŞ Hərbi Dəniz Qüvvələrinə, İran hərbi gəmiləri tərəfindən təqib edilmələri halında onları vurmaq əmri verdiyini açıqlamasının ardından bahalaşıb. Çünki, Bəsrə körfəzi neftin daşındığı əsas su yollarından biridir. 

Fins.az  xəbər verir ki, Bakı vaxtı ilə saat 17:40-da Brent nefti 10% bahalaşama ilə 21,50 dollardan ticarət olunub. 

Xəbər verdiymiz kimi, ABŞ Prezidenti Donald Tramp, Twitter hesabından etdiyi paylaşmada, "ABŞ donanmasına, dənizdə bizim gəmilərimizi təqib etmələri halında hər hansı bir İran hərbi gəmisi və gəmilərini məhv etməsi və vurması əmrini verdim",- yazıb.

ABŞ donanması, keçən həftə İran İnqilab Keçikçiləri Ordusuna aid 11 sürət gəmisinin, Bəsrə Körfəzindəki 6 ABŞ gəmisinə təhlükəli bir şəkildə yaxınlaşaraq təqib etdiyini açıqlamışdı.

Açıqlamada, sürət gəmilərinin edilən xəbərdarlıqlara bir saat sonra cavab verib bölgədən uzaqlaşdığı və hər hansı bir qarşıdurma yaşanmadığı bildirilmişdi.

İranın Müdafiə naziri Əmr Xəttəmi, İnqilab Keçikçiləri Ordusuna aid sürət gəmiləri ilə Bəsrə Körfəzində olan ABŞ hərbi gəmilərinin qarşı-qarşıya gəlməsinə dair deyib: "Bəsrə Körfəzində qeyri-sabitlliyin əsl faktoru, dünyanın digər tərəfindən İranın sərhədlərinə gələn və əsassız iddialar ortaya atan amerikalıların işğalçı və qeyri-qanuni varlığıdır".

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Trampın "vur əmri" verdi -NEFT BAHAŞADI — Fins.az — Fins.az