
Rusiyanın neft gəliri 13% azalıb
Rusiyanın neft ixracından gəliri 2020-ci ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 13,6% azalaraq 25,6 milyard dollara düşüb.
Rusiya Federal Gömrük Xidməti məlumat verir ki, ölkənin neft ixracının həcmi, yanvar-mart dövründə 2019-un eyni dövrü ilə müqayisədə 5,8% azalaraq 63,1 milyon tona geriləyib.
Söz mövzusu dövrdə Rusiyanın neft ixracından gəliri 13,6% azalaraq 25,6 milyard dollara geriləyib.
Ölkənin neft ixracından əldə etdiyi gəlir keçən il 2018-ci illə müqayisədə 6% düşərək 121 milyard dollara geriləmişdi.
Neft və təbii qaz ixracı gəlirləri Rusiyada federal büdcənin təxminən 40%-ni formalaşdırır.