
Rezervasiya üzrə menecer - VAKANSİYA
Fins.az - Arena Hotel Group-da Rezervasiya üzrə menecer vəzifəsini elan etməkdən məmnunluq duyuruq. Rezervasiya üzrə meneceri olaraq siz hotel sənayesində çalışan unudulmaz komandanın bir hissəsi olaraq bütün potensialınızı göstərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
Otelin rezervasiya prosesini beynəlxalq və yerli standartlara uyğun idarə etmək;
Gündəlik tapşırıqlara nəzarət etmək və təyin etmək, rezervasiyaları nəzərdən keçirmək və gəliş hesabatlarını idarə etmək;
Otel doluluq proqnozlarını hazırlamaq və şirkət/səyahət agenti tarifləri üçün dəqiq hesabatının aparılmasını təmin etmək;
Satış və Revenue komandası ilə doluluq, tariflər və qrup rezervasiyaları ilə bağlı əməkdaşlıq etmək;
Telefon etiketi və qonaq münasibətlərinin yüksək standartlarını təmin edərək,
Rezervasiya işçilərini hazırlamaq, onlara nəzarət etmək və istiqamətləndirmək. Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
VIP və təkrar qonaqlar üçün xüsusi sorğuları izləmək və idarə etmək, həmçinin qrup sifarişlərini idarə etmək;
Otel siyasətinə uyğun olaraq no-show və ləğvləri nəzərdən keçirmək və həll etmək.
Onlayn platformaları idarə etmək və izləmək
Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
100 və daha çox otaq sayı olan hoteldə minimum 2 il təcrübə;
Minimum 1 il eyni sahədə idarəetmə təcrübəsi;
Gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı və mövcud problemin həllini yerində tapmaq;
Yüksək ünsiyyət qabiliyyəti, satış yönümlülük, müştəri məmnuniyyəti, analitik düşünmə bacarıqları;
Müvafiq və ya yaxın sahədə Ali təhsil;
Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)
Elektra proqramı üzrə təcrübə;
Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı
İş şəraiti
Əmək haqqı:1000-1200 AZN
Ünvan: Bakı şəhəri, H.Əliyev pr. 115, Bina 187B
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində “Rezervasiya üzrə menecer” göstərilməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.