"KREDİT EVİ" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

"KREDİT EVİ" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

BİRJA
630

Finss.az - 17 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Qeyd olunan AZ2001021495 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 04.04.2025-ci il tarixində yekunlaşıb. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"KREDİT EVİ" ASC

Dövlət qeydiyyat nömrəsi

– İSİN

AZ2001021495

İstiqraqzların növü

və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Rəqabətli

İstiqrazların sayı

1,000 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

1,000,000 ABŞ Dolları

İllik gəlirlilik faizi

17%

Ödəmə periodu

Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə

hər 30 təqvim günündən 3(üç) iş günü gec olmayaraq

Tədavül müddəti

5 il

Sifarişlərin ümumi həcmi

(nominal qiymətlə)

1,000,000 manat

Reallaşdırılmış həcm

1,000,000 manat

Hərrac qiymət

1,000.00 manat

İnvestor sayı

50

Sifariş sayı

50

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"KREDİT EVİ" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb — Fins.az — Fins.az