Qızılın qiyməti yeni tarixi rekord səviyyəyə yüksəlib

Qızılın qiyməti yeni tarixi rekord səviyyəyə yüksəlib

BİRJA
370

Qızılın qiyməti qlobal bazarlarda artımını davam etdirərək növbəti tarixi rekord səviyyəni yeniləyib.

Finss.az xəbər verir ki, COMEX birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçersləri Bakı vaxtı ilə saat 03:00-da əvvəlki göstərici ilə müqayisədə 0,86% bahalaşaraq 4 955,6 ABŞ dollarına yüksəlib.

Ticarət sessiyası ərzində qızılın son qiyməti 4 942,8 ABŞ dolları səviyyəsində qeydə alınıb və gün ərzində ümumi artım 35 dollar təşkil edib.

Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,33% artaraq 4 952,31 ABŞ dolları səviyyəsində formalaşıb.

Analitiklər qızıl bazarında müşahidə olunan bu yüksəlişi qlobal maliyyə bazarlarında risk iştahasının zəifləməsi və investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə əlaqələndirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qızılın qiyməti yeni tarixi rekord səviyyəyə yüksəlib — Fins.az — Fins.az