
Qızılın qiyməti artmaqda davam edir
Beynəlxalq əmtəə bazarlarında qızılın qiymətində artım qeydə alınıb.
Fins.az xəbər verir ki, son məlumatlara görə, qızılın bir unsiyasının qiyməti 5 173,63 ABŞ dollarına yüksəlib. Bu, əvvəlki göstərici ilə müqayisədə 50,16 dollar və ya 0,98 % artım deməkdir.
Analitiklərin fikrincə, qızılın bahalaşmasına əsasən qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya riskləri və investorların daha təhlükəsiz aktivlərə yönəlməsi təsir göstərir.