
Qızıl üzrə proqnozlar
Fins.az-ın məlumatına görə, ABŞ-dakı prezident seçkiləri və Koronavirus böhranı müxtəlif investisiya banklarının diqqət mərkəzindədir. Hamısı qızıl bazarının böyüməyə davam edəcəyini iddia edir.
Sarı qiymətli metal unsiyası 1900$ ətrafında ticarət etməyə davam edir. Mütəxəssislər və analitiklər COVID-19 infeksiyasına yoluxanların sayını, eləcə də, 3 noyabr 2020-ci ildə keçiriləcək ABŞ prezident seçkiləri ilə bağlı rəsmi məlumatları yaxından izləyirlər. Analitiklər seçkilərin nəticələrinin qızıla təsir edəcəyini düşünürlər.
Məsələn, Citibank analitikləri qızıl bazarında böyük bir artım perspektivi proqnozlaşdırırılar. Bankın hesabatında bildirilir ki, yaxın üç ayda qızılın dəyəri 2200$ və 6 aydan 12 aya qədər olan periodda isə qiymətli metalın unsiya dəyəri 2400$-adək arta bilər. 2021-ci il üçün isə qızıl üzrə ehtimallar bir unsiyasının 300$ artaraq 2275$-a çatması istiqamətindədir. Qiymət rallisi 1938$ həqqini qırdıqdan sonra başlaya bil'r.
ANZ Bank-ın analitikləri də sarı qiymətli metalın gələcək perspektivlərinə müsbət baxırlar. 2021-ci ilin yazında onun qiyməti bir unsiya üçün 2300 dollar ola bilər. “Dünyadakı iqtisadi çətinliklər və COVID-19 infeksiyasına yoluxanların sayının artması fonunda qızıl üçün perspektiv olduqca müsbət görünür. ABŞ-da maliyyə yardım paketinin qəbulunun vaxtının uzadılması, qızıl bazarında daha bir qiymət artımına səbəb ola bilər. Ümumiyyətlə sarı qiymətli metal, maliyyə bazarını təminatsız likvidliklə təmin edən mərkəzi bankların yumşaq pul siyasətindən dəstək alacaq".
Amerika bankı “J.P. Morgan”-da, Joe Biden-in qələbəsinin qızılın dəyərini 5% artıracağına inanırlar. Uzunmüddətli dövrdə qiymətli metal, zəifləyən ABŞ dolları və dövlət istiqrazları üzrə faiz dərəcələrinin azalmasından dəstək alacaq. Donald Trump qalib gəlsə, qızılın qiyməti, əksinə, 5% enə bilər.