
Qızıl ucuzlaşır
Əlvan metallar bazarlarında isə qızılın qiymətində ucuzlaşma müşahidə edilir. Bu daha çox Çinin sənaye sektorundan gələn müsbət fundamental göstəricilər və həyatın normala qayıtması ilə bağlı xəbərlərlə əlaqədar ola bilər.
Beləliklə, Çinin sənaye sektoru ilə əlaqədar açıqlanan sürpriz göstəricilər investorların əsas diqqət mərkəzində olan hadisədir. Dünyada siyasi və iqtisadi böhranın tüğyan etdiyi və bundan bütün - istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrin zərər gördüyü bir vaxtda Çində müşahidə edilən yeni canlanma mərhələsi maraqları cəlb edir. Bugündən etibarən Çində sözügedın dinamikanın nə qədər qoruna biləcəyi önəmli rol oynayacaqdır.