Qızıl son bir ildə 22% bahalaşıb

Qızıl son bir ildə 22% bahalaşıb

BİRJA
595

Bu ilin III rübündə qızıl qiyməti 3.9%, iqtisadi sarsıntı şəraitində etibarlı aktivlərə olan yüksək tələbat fonunda isə yanvar-sentyabr aylarında 22% artıb. Hazırda qızılın bir unsiyasının qiyməti 1897$-dan bir qədər bahadır. 

Cari ilin III rübündə qızıl 3.9% bahalaşıb. Bu müddət ərzində qiymətli metalın dəyəri ilk dəfə 2000 $ səviyyəsini keçərək 7 avqust tarixində 2072$-a çatıb və bununla da tarixi bir rekorda imza atıb. 

Qeyd etmək lazımdır ki, qızılın da aid edildiyi etibarlı aktivlərə tələbatın artımına qlobal iqtisadiyyatı resessiyaya uğradan koronavirus pandemiyası səbəb olub. Eyni zamanda, son bir ayda qızılın qiymətinin dinamikasına dolların məzənnəsindəki dalğalanmalar güclü təsir göstərib. Belə ki, son həftə ərzində qızıl aprel ayının əvvəlindən bəri dolların məzənnəsinin rekord sürətlə artması fonunda 5 faiz ucuzlaşıb. 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qızıl son bir ildə 22% bahalaşıb — Fins.az — Fins.az