Qazaxıstan Fond Birjası və Bakı Fond Birjası “KASE Day in Baku” tədbirini keçiriblər

Qazaxıstan Fond Birjası və Bakı Fond Birjası “KASE Day in Baku” tədbirini keçiriblər

BİRJA
496

Finss.az - 22 may 2025-ci il tarixində Qazaxıstan Fond Birjası (KASE) və Bakı Fond Birjası (BFB)  Bakıda “KASE Day in Baku” tədbirini keçiriblər. 

Tədbir KASE-nin İdarə Heyəti sədrinin müavini Yermek Majekenov və BFB-nin İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov tərəfindən açıq elan olunmuşdur. Daha sonra KASE-nin rəhbər nümayəndə heyəti Azərbaycan investisiya şirkətləri və Bankların nümayəndələrinə Qazaxıstan kapital bazarlarının maliyyə alətləri, KASE-nin məhsul və xidmətləri və Qazaxıstan bazarlarında qiymətli kağızların yerləşdirilməsi haqqında ətraflı məlumat verib.

Sonda KASE-nin rəhbər nümayəndə heyəti Azərbaycan investisiya şirkətləri və Bankların nümayəndələri ilə sual-cavab sessiyasını keçiriblər.

Səfər çərçivəsində Bakı Fond Birjasında Qazaxıstan Fond Birjasının (KASE) rəhbər heyəti ilə görüş keçirilib. Görüş zamanı hər iki birjanın nümayəndələri ticarət platformalarının və məlumat mübadiləsi mexanizmlərinin inkişafı, təcrübə mübadiləsi və texnologiyaların tətbiqi imkanlarını müzakirə ediblər.

Zemfira Ms
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan Fond Birjası və Bakı Fond Birjası “KASE Day in Baku” tədbirini keçiriblər — Fins.az — Fins.az