
OPEC+ fevralda neft hasilatını artırsa da, planı yerinə yetirə bilmədi
Fins.az - OPEC+ ölkələri fevral ayında neft hasilatını yanvarla müqayisədə 354 min barel/gün artıraraq 37,36 milyon barel/günə çatdırıb. Bununla belə, hasilat razılaşma çərçivəsində icazə verilən səviyyədən təxminən 400 min barel/gün aşağı qalıb.
OPEC-in aylıq hesabatına görə, Rusiya fevralda gündə 9,184 milyon barel neft hasil edib ki, bu da yanvar ayı ilə müqayisədə 56 min barel/gün azdır. Razılaşmaya əsasən isə ölkə 9,574 milyon barel/gün hasil edə bilərdi.