
NYMEX-də təbii qaz fyuçersləri bahalaşıb
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza dair fyuçers kotirovkalarında artım qeydə alınıb.
Finss.az xəbər verir ki, 2026-cı ilin yanvar ayında çatdırılmaq şərti ilə təbii qaz fyuçerslərinin qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə 0,21% yüksələrək 3,884 ABŞ dolları səviyyəsinə çatıb.