New York birjasında indekslər texnologiya şirkətlərinin səhm qiymətlərinin bahalaşması fonunda YÜKSƏLİB

New York birjasında indekslər texnologiya şirkətlərinin səhm qiymətlərinin bahalaşması fonunda YÜKSƏLİB

BİRJA
709
Cümə axşamı Nyu-York Fond Birjasında əsas indekslər sessiyanın sonuna qədər əsasən texnologiya şirkətlərininin kotirovkalarının artması hesabına yüksəlib.
Fins.az xəbər verir ki,ticarət platformasının saytında yerləşdirilən məlumatlara görə, Dow Jones Sənaye indeksi 36,32 bənd (+ 0,13%) artaraq 27,818.02 səviyyəsində qalıb. ABŞ bazarındakı 500 ən böyük şirkəti birləşdirən S&P 500 17,76 bənd (+ 0,53%) qalxaraq 3 380,76 səviyyəsinə yüksəlib.
Nasdaq elektron mübadilə indeksi 159.00 bənd (+ 1.42%) artaraq 11 326.51 səviyyəsinə yüksəlib.
 
Microsoft% 1,15, Apple - 0,74%,Alphabet  - 1,50% qazanıb.
 
WTI xam neftinin noyabr fyuçerslərinin qiyməti sessiyanın sonuna kimi 0,21% azalaraq bir barrelə görə 38,64 dollara düşeb.Qızıl fyuçersləri 0.33% azalaraq bir unsiyası üçün 1.910.80 dollar olub.
 
The Wall Street Journal-ın da qeyd etdiyi kimi, bazar iştirakçıları prezident seçkilərindən əvvəl də ABŞ Konqresində iqtisadiyyatı stimullaşdırmaq üçün yeni tədbirlər paketi ehtimalını qiymətləndirməyə çalışırlar. "Bazar iştirakçıları vəziyyətin necə inkişaf edəcəyini anlamağa çalışırlar, çünki çox şey iqtisadiyyatı stimullaşdırmaq üçün yeni tədbirlər paketinin qəbulundan asılıdır" deyə qeyd edib Janney Montgomery Scott-un investisiya strategiyası şöbəsinin müdiri Marc Lucini.
 
Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
New York birjasında indekslər texnologiya şirkətlərinin səhm qiymətlərinin bahalaşması fonunda YÜKSƏLİB — Fins.az — Fins.az