Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb

BİRJA
1,017

Neft yeni həftəyə ucuzlaşma ilə başlayıb.

Fins.az əbər verir ki, Bakı vaxtı ilə saat 06:40-da Brent nefti 0,9% ucuzlaşma ilə 27,84 dollardan, Qərbi Texas nefti (WTI) isə 0,8% ucuzlaşma ilə 15,49 dollardan alıcı tapıb.

Ötən həftə Qərbi Texas nefti ötən həftə təxminən 17% ucuzlaşmışdı. 

Bu gecə Brent neftin qiyməti 26,95 dolları, Qərbi Texas neftinin qiyməti isə 14,49 dolları da görüb. 

Neft qiymətləri, tələbdəki azalma ilə bərabər anbarların (çənlərin) tutumlarının sürətlə dolması ilə əlaqədar olaraq da düşür. Qərbi Texas neftinin qiyməti 20 ildən uzun müddətin ən aşağı səviyyəsinə geriləyib.

Neftə qlobal gündəlik tələbin 25-35 milyon barel civarında azaldığı ehtimal edilir. Buna qarşılıq neft ölkələri hasilatlarını cəmi 10 milyon barel azaldırlar. Hasilatın azaldılması həcmi təklif artıqlığını ortadan götürməyə kifayət etmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft yenidən ucuzlaşıb — Fins.az — Fins.az