Neft treyderləri aprelin 6-nı səbirsizliklə gözləyir

Neft treyderləri aprelin 6-nı səbirsizliklə gözləyir

BİRJA
401

Fins.az - Səudiyyə Ərəbistanı dünya bazarına neft ixrac etmək üçün alternativ marşrutdan istifadə etməklə qiymətlərin sabit qalmasına təsir göstərib və 1 barelin 200 dollar olmasının qarşısını müvəqqəti olaraq alıb.

Hörmüz boğazından tankerlərin keçə bilməməsi ölkəni Şərq-Qərb neft boru kəmərini yenidən işə salmağa vadar edib. Bu kəmər vasitəsilə şərq bölgəsindəki yataqlardan çıxarılan neft Qırmızı dəniz sahilindəki Yanub limanına daşınır. Hazırda gündəlik 5 milyon barel neft kəmər vasitəsilə nəql edilir ki, bunun 2 milyonu daxili tələbatı ödəyir, qalan 3 milyon isə dünya bazarına çıxarılır.

Buna baxmayaraq, London və Nyu-York birjalarında neftin qiyməti 100 dollardan aşağı düşmür. Martın 28-də hər iki birjada qiymətlər 6 faiz artaraq 1 barelin 100 dollardan yuxarı olmasını təmin edib. Nəticədə bazar yenidən həssaslığını göstərir və treyderlər aprelin 6-nı diqqətlə izləyirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft treyderləri aprelin 6-nı səbirsizliklə gözləyir — Fins.az — Fins.az