Neft qiymətləri sürətlə düşür, Brent 98,2 dollar səviyyəsinə geriləyib

Neft qiymətləri sürətlə düşür, Brent 98,2 dollar səviyyəsinə geriləyib

BİRJA
485

Fins.az - Çərşənbə günü neft qiymətləri düşüşünü sürətləndirib və Brent markalı neftin qiyməti son iki həftənin ən aşağı səviyyəsinə – 98,16 dollar/barel səviyyəsinə geriləyib.

Londonda ICE Futures birjasında may ayı üçün Brent fyuçerslərinin qiyməti $6,33 (6,06%) ucuzlaşaraq $98,16-a düşüb. Nyu-York NYMEX birjasında WTI fyuçersləri isə $5,51 (5,97%) ucuzlaşaraq $86,84/barel olub.

Qeyd edilir ki, öncəki gün hər iki neft markası 4%-dən çox bahalaşmışdı. Qiymətlərin düşməsi Yaxın Şərqdə gərginliyin yumşaldılacağına dair siqnallar fonunda baş verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft qiymətləri sürətlə düşür, Brent 98,2 dollar səviyyəsinə geriləyib — Fins.az — Fins.az