
Neft qiymətləri kəskin artıb: Brent $111-ə yaxınlaşır
Fins.az - Cümə günü günorta saatlarında neft qiymətləri kəskin artım nümayiş etdirib. Buna səbəb Yaxın Şərqdəki münaqişənin uzanacağı ilə bağlı narahatlıqlardır.
Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri $2,89 (2,68%) artaraq 110,9 dollara çatıb. Nyu-York əmtəə birjasında (NYMEX) isə WTI neftinin may fyuçersləri $2,52 (2,67%) bahalaşaraq 97 dollar olub.
Bundan əvvəl Brent 5,7%, WTI isə 4,6% bahalaşmışdı. Qiymət artımına ABŞ və İran arasında münaqişənin sülh yolu ilə həlli ilə bağlı ziddiyyətli açıqlamalar təsir göstərib. ABŞ tərəfi danışıqların getdiyini bildirsə də, İran bunu təkzib edərək yalnız vasitəçilər vasitəsilə mesaj mübadiləsinin aparıldığını qeyd edib.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan zərbələri 6 aprelədək təxirə salması da bazara təsir edən amillərdən biri olub.