“MJ Financial Services BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

“MJ Financial Services BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb

BİRJA
172

Fins.az - 6 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2002023169 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2026-cı il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 4.6 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

“MJ Financial Services BOKT” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2002023169

İstiqraqzların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

20,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

2,000,000 manat

İllik gəlirlilik faizi

16%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) bir ödəniləcəkdir

Tədavül müddəti

18 ay

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

2,000,000 manat

Reallaşdırılmış həcm

2,000,000 manat

Hərrac qiyməti

100 manat

İnvestor sayı

52

Sifariş sayı

54

Anderrayter

"Troni İnvestisiya Şirkəti” QSC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“MJ Financial Services BOKT” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb — Fins.az — Fins.az