
Martda OPEC üzrə neft hasilatı kəskin azalıb
Fins.az - Mart ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı əvvəlki ayla müqayisədə kəskin şəkildə azalaraq gündəlik 20 milyon 788 min barel səviyyəsinə enib.
Hesabatda qeyd olunur ki, hasilat 7 milyon 878 min barel azalaraq 1980-ci ildən bəri ən ciddi geriləməni nümayiş etdirib.
Ötən ay təşkilat daxilində ən böyük azalma İraq və Səudiyyə Ərəbistanında qeydə alınıb. İraqda hasilat gündəlik 1 milyon 625 min barelə düşüb, Səudiyyə Ərəbistanında isə bu göstərici 7 milyon 799 min barel təşkil edib.
Birləşmiş Ərəb Əmirliklərində gündəlik hasilat 1 milyon 892 min barelə, Küveytdə 1 milyon 213 min barelə qədər azalıb. İranda isə neft istehsalı 182 min barel azalaraq gündəlik 3 milyon 60 min barel olub.
Mütəxəssislər bu cür kəskin azalmanın qlobal enerji bazarına ciddi təsir göstərə biləcəyini qeyd edirlər.