Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac -NƏTİCƏSİ

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac -NƏTİCƏSİ

BİRJA
508

23 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106006882 ISIN-li, 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib..

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 93.6555 (10.0000%) və 98.0424 (8.2499%) olan 22 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4001 (8.5000%), orta ölçülmüş qiyməti  97.4842 (8.4671%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,903,500.00 manat yerləşdirilmiş həcmi isə 30,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  20  fevral 2024-ci  il.

Hərrac iştirakçıları 24 fevral 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac -NƏTİCƏSİ — Fins.az — Fins.az