Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
712

28 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105008780 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib

Fins.az xəbər verir ki, hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 85,2598 AZN (17.00%) və 99,6378 AZN (8,2%) olan 9 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 85,2598 AZN (17.00%), orta ölçülmüş qiyməti 93,1947 AZN (11,9245%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17.286.900,00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 26 aprel 2022-ci il.Hərrac iştirakçıları 29 aprel 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az