Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BİRJA
611

30 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104003873 ISIN-li, 10 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət  qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 90,9544 (10,00%) və 94,9033 (5,40%) olan 28 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94,8138 (5,50%), orta ölçülmüş qiyməti 94,8235 (5,49%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 99.087.600 manat yerləşdirilmiş həcmi isə 15.000.000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  29 mart 2022-ci  il.

Hərrac iştirakçıları 31 mart 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib — Fins.az — Fins.az