Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac

BİRJA
479

13 iyul 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106022889 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 98.1411  AZN (7.2000%) və 100.4039  AZN (6.3500%) olan 26 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.2960 AZN (6.3900%), orta ölçülmüş qiyməti 100.3440  (6.3722%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 149,840,800.00 manat yerləşdirilmiş həcmi isə 40,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 9 iyul 2024-cü  il.

Hərrac iştirakçıları 14 iyul 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac — Fins.az — Fins.az