Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac

BİRJA
586

21 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110002927 ISIN-li, 10 mln. manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 79.0862  AZN (12.0000%) və 101.7395 AZN (7.1795%) olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.8418 AZN (8.0999%), orta ölçülmüş qiyməti 100.9168  (7.3302%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,266,000.00 manat yerləşdirilmiş həcmi isə 9,908,100.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 12 sentyabr 2028-ci  il.

Hərrac iştirakçıları 22 sentyabr 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac — Fins.az — Fins.az