"Lufthansa"-nın ən böyük səhmdarı dövlət olacaq

"Lufthansa"-nın ən böyük səhmdarı dövlət olacaq

BİRJA
843

Almaniyanın hava yolu şirkəti Lufthansa-nın davam etdirdiyi xilasetmə paketinə dair danışıqların ardından, şirkətin ən böyük səhmdarı dövlət olacaq. Dövlətin şirkətdə 25% paya malik olacağı gözlənilir.
Lufthansa AG milyardlarla avroluq xilasetmə paketinə nail olmağa yaxındır və şirkətin ən böyük səhmdarı dövlət olacaq. 

Koronavirusun hava yolu səyahətlərini dayandırması aviaşirkətlərin çökməsinə səbəb olub. 

Lufthansa-nın yaydığı açıqlamada, hava yolu şirkətinin 9 milyard avroluq (9.9 milyard dollar) kömək üçün Almaniyanın WSF İqtisadi Sabitlləşdirmə Fondu ilə danışıqlar apardığı təsdiqlənib. Paket 3 milyard avroluq bir krediti ehtiva edəcək və WSF şirkətdə 20% pay alacaq.

Həmçinin hökumət şirkətin artırılmış sərmayəsinin 5%-nə sahib olacaq. Almaniya qanunlarına görə, 25% paya malik olmaq illik ümumi  yığıncaqlarında qərar qəbul edilməsinə mane olmaq və  etiraz hüququ verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Lufthansa"-nın ən böyük səhmdarı dövlət olacaq — Fins.az — Fins.az