Kriptovalyutanın canlı qiymətləri indi Fins.az-da

Kriptovalyutanın canlı qiymətləri indi Fins.az-da

BİRJA
1,718

Fins.az iqtisadiyyat xəbər portalı yeni “Kriptovalyuta” kateqoriyasını istifadəyə verib. Yeni bölmə istifadəçilərə 150-dən çox kriptovalyutanın canlı qiymətlərini, bazar dəyərlərini və həcm məlumatlarını izləmək imkanı təqdim edir.

Kateqoriyada xüsusilə Azərbaycanda populyar olan Bitcoin (BTC), Ethereum (ETH), Tether (USDT), BNB və digər əsas kriptovalyutaların qiymət dəyişiklikləri 24 saat və 7 günlük intervalda ətraflı göstərilir. İstifadəçilər həmçinin hər bir kriptovalyutanın bazar dəyərini və 24 saatlıq ticarət həcm məlumatlarını görə bilirlər.

Fins.az kripto kateqoriyası, həm təcrübəli treyderlər, həm də yeni başlayanlar üçün real vaxt bazar məlumatlarını və istifadəçi dostu interfeysi ilə fərqlənir.

Bölməyə daxil olmaq və canlı kriptovalyuta məlumatlarını izləmək üçün link: Fins.az Kriptovalyuta

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Kriptovalyutanın canlı qiymətləri indi Fins.az-da — Fins.az — Fins.az