
Kriptovalyuta bazarının dəyəri bir gündə 14 mlrd. dollar artıb
Birjadakı vəziyyətin qeyri-sabit qalmasına baxmayaraq bu həftə kriptovalyuta bazarı böyüməyə başlayıb.
Fins.az xarici mətbuata istinadən verdiyi məlumata görə, kriptovalyuta bazarının ümumi dəyəri gündəlik 14 mlrd. ABŞ dolları artaraq 182,62 mlrd. dollara çatıb.
Bitkoinin dəyəri bu müddətdə 10% artaraq 6 569,17 dollara yüksəlib.
Qeyd edək ki, martın əvvəlində, digər aktivlər kimi, kriptovalyutalar da koronavirus epidemiyası və neftin qiymətinin düşməsi səbəbindən bazarlarda hökm sürən çaxnaşmanın qurbanı olub. Beləliklə, 8 martda bazarın kapitallaşması bir gündə 93,5 milyard dollara düşüb və bitkoin 48% ucuzlaşıb.