
Körfəz birjaları neftdəki çöküşlə gerilədi
ABŞ-da neft anbarlarının dolması ilə əlaqədar olaraq xam neft qiymətlərinin tarixdə ilk dəfə mənfi səviyyəyə enməsi, Körfəz ölkələrinin birjalarında satışlara səbəb olub.
Fins.az xəbər verir ki, Abu Dabi birjasının indeksi 3.1% düşüb. Dubay DFM General İndeksi 2%-dən çox düşüb. İndeks bu il dünyanın ən pis performans göstərən birjalarından biri olub.
Küveyt birjası açılışda 2% düşüb, ardından itkisinin bir qisimini kompensasiya edib.
Səudiyyə Ərəbistanı birjası 1.5%, neft nəhəngi Saudi Aramco-nun səhmləri isə 3.5% düşüb.
Dünən ABŞ-da May fyuçers müqavilələri üzrə xam neftin barel qiyməti sıfır səviyyəsindən aşağı düşmüşdü. ABŞ Prezidenti Donald Trump aşağı qiymətlərdən faydalanaraq 75 milyon barel xam neft alışı edəcəklərini açıqlayıb