
"Kapital Bank" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib
Fins.az - 1 iyul 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 03.07.2026-cı il tarixində başlayacaq və 01.08.2026-cı il tarixində bitəcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | "Kapital Bank" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2018005150 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
İstiqrazların sayı | 500,000 ədəd |
İlkin ticarət qiyməti | 100 manat |
İstiqrazların buraxılış həcmi | 50,000,000 manat |
İllik gəlirlilik faizi | 10% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30(otuz) təqvim günündən bir ödənilir |
Tədavül müddəti | 1 il |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |