İsrail-Həmas müharibəsi Avropanı da vurub - qaz qiymətləri artıb

İsrail-Həmas müharibəsi Avropanı da vurub - qaz qiymətləri artıb

BİRJA
581

Avropanın ən böyük dərinliyinə malik Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də noyabr ayı fyuçers müqavilələrində meqavat-saat qazın qiyməti 38,2 avro səviyyəsində bağlanıb.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında toqquşmalardan sonra İsrail ABŞ-ın enerji şirkəti Chevron-dan Şərqi Aralıq dənizindəki Tamar qaz yatağında hasilatı dayandırmağı tələb etdikdən sonra qazın qiyməti meqavat-saat üçün 44,5 avroya yüksəlib.

Qiymətlər günü meqavat-saat üçün 43 avro ilə bağlanıb. Bu da o deməkdir ki, qiymətlər 12,5 faiz artıb.

Qaz qiymətləri geosiyasi gərginlikdən sonra enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən yüksəlmə tendensiyasına girib.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İsrail-Həmas müharibəsi Avropanı da vurub - qaz qiymətləri artıb — Fins.az — Fins.az