İpoteka və Kredit Zəmanət Fondu ipoteka istiqrazları üzrə növbəti ödənişləri həyata keçirib

İpoteka və Kredit Zəmanət Fondu ipoteka istiqrazları üzrə növbəti ödənişləri həyata keçirib

BİRJA
662

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu növbəti ödənişləri həyata keçirib.

Bakı Fond Birjasından Finss.az-a verilən məlumata görə, 29 sentyabr 2025-ci il tarixində AZ2065008685, AZ2066008684 və AZ2067008683 İSİN-li ipoteka istiqrazları üzrə növbəti ödəniş həyata keçirilib. Bu istiqrazlar üzrə 3,00%-lik faiz gəliri 811,34 manat məbləğində hesablanacaqBakı Fond Birjasında istiqrazlarla ticarət zamanı baza qiymət kimi 811,34 manat nəzərə alınacaq.

Eyni gündə AZ2077008681 İSİN-li ipoteka istiqrazları üzrə də növbəti ödəniş aparılıb. Bu istiqrazlar üzrə 3,25%-lik faiz gəliri 900,00 manat məbləğində hesablanıbbazar ticarətində baza qiymət kimi 900,00 manat götürüləcək.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İpoteka və Kredit Zəmanət Fondu ipoteka istiqrazları üzrə növbəti ödənişləri həyata keçirib — Fins.az — Fins.az