İnvestisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyəsinin həcminə görə RENKİNQİ - YANVAR-İYUN/2026

İnvestisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyəsinin həcminə görə RENKİNQİ - YANVAR-İYUN/2026

BİRJA
167

Fins.az – Bakı Fond Birjası (BFB) 2026-cı ilin yanvar-iyun ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazları bazarında həyata keçirdikləri əməliyyatların həcmini açıqlayıb.

BFB-nin məlumatına görə, hesabat dövründə dövlət istiqrazları üzrə ən yüksək əməliyyat həcmi 613,070 milyon manat ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən qeydə alınıb.

İkinci yerdə 610,591 milyon manat dövriyyə ilə “ABB İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıb. Beləliklə, ilk iki şirkətin göstəriciləri bir-birinə çox yaxın olub və bazarda əsas pay onların üzərinə düşüb.

Üçüncü sırada 158,655 milyon manat dövriyyə ilə CPM-İnvest İnvestisiya Şirkəti QSC yer alıb.

Hesabat dövründə Assist Finance İnvestisiya Şirkəti ASC dövlət istiqrazları üzrə 25,721 milyon manat, “İnno Kapital İnvestisiya Şirkəti” ASC 4,737 milyon manat, “İnvest-Az İnvestisiya Şirkəti” QSC isə 3,510 milyon manat həcmində əməliyyat həyata keçirib.

ASC “Xalq” Bankının dövlət istiqrazları üzrə dövriyyəsi 510,9 min manat təşkil edib.

BFB-nin məlumatına əsasən, “Unicapital İnvestisiya Şirkəti” ASC, Capital Partners İnvestisiya Şirkəti QSC, Troni İnvestisiya Şirkəti QSC, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, MFX Trading İnvestisiya Şirkəti və “CFI Financial İnvestisiya Şirkəti” QSC üzrə hesabat dövründə dövlət istiqrazları bazarında əməliyyat həcmi qeydə alınmayıb.

2026-cı ilin yanvar–iyun aylarında dövlət istiqrazları üzrə dövriyyə

İnvestisiya şirkəti

Həcm (AZN)

1

PAŞA Kapital İnvestisiya Şirkəti QSC

613 070 175

2

ABB İnvest İnvestisiya Şirkəti QSC

610 591 449

3

CPM-İnvest İnvestisiya Şirkəti QSC

158 655 311

4

Assist Finance İnvestisiya Şirkəti ASC

25 721 319

5

İnno Kapital İnvestisiya Şirkəti ASC

4 737 383

6

İnvest-Az İnvestisiya Şirkəti QSC

3 510 005

7

ASC “Xalq” Bankı

510 934

8

Unicapital İnvestisiya Şirkəti ASC

9

Capital Partners İnvestisiya Şirkəti QSC

10

Troni İnvestisiya Şirkəti QSC

11

Xalq Kapital İnvestisiya Şirkəti QSC

12

MFX Trading İnvestisiya Şirkəti

13

CFI Financial İnvestisiya Şirkəti QSC

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnvestisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyəsinin həcminə görə RENKİNQİ - YANVAR-İYUN/2026 — Fins.az — Fins.az