ING: Brent nefti və Dutch TTF qazının qiymətləri üzrə yenilənmiş proqnoz açıqlanıb

ING: Brent nefti və Dutch TTF qazının qiymətləri üzrə yenilənmiş proqnoz açıqlanıb

BİRJA
347

Niderlandın ING Group bank qrupu 2028-ci ilə qədər Brent markalı neftin və Dutch TTF təbii qazının qiymətləri üzrə yenilənmiş proqnozunu açıqlayıb.

Fins.az xəbər verir ki, analitiklərin qiymətləndirməsinə əsasən, 2026-cı ildə Brent neftinin orta illik qiyməti bir barel üçün 68 ABŞ dolları, Dutch TTF təbii qazının isə bir meqavat-saat üçün 32 avro səviyyəsində olacaq. 2027-ci ildə Brent nefti 62 dollar, Dutch TTF qazı isə 26 avro proqnozlaşdırılır.

Rüblük proqnoza görə, 2026-cı ildə Brent neftinin qiymətləri belə olacaq: I rüb 72 dollar, II rüb 71 dollar, III rüb 68 dollar, IV rüb 62 dollar. Dutch TTF üzrə isə I rüb 37 avro, II rüb 31 avro, III rüb 28 avro, IV rüb 30 avro səviyyəsində proqnozlaşdırılır.

2027-ci ilin rüblük proqnozu Brent nefti üçün I rüb 58 dollar, II rüb 60 dollar, III rüb 66 dollar, IV rüb 63 dollar olaraq göstərilib. Dutch TTF qazında I rüb 30 avro, II və III rüblərdə 24 avro, IV rübdə isə 27 avro gözlənilir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ING: Brent nefti və Dutch TTF qazının qiymətləri üzrə yenilənmiş proqnoz açıqlanıb — Fins.az — Fins.az