IEA qlobal neft təklifi proqnozunu artırıb

IEA qlobal neft təklifi proqnozunu artırıb

BİRJA
334

Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci il üçün gündəlik qlobal neft təklifinin artım tempinə dair proqnozunu yeniləyib və göstəricini əvvəlki qiymətləndirmədən yuxarı qaldırıb.

Finss.az Agentliyin aylıq hesabatına əsasən xəbər verir ki, bu il dünya üzrə gündəlik neft tədarükü 1,8 milyon barel artaraq 104,9 milyon barelə çatacaq. Halbuki əvvəlki proqnoz artımın 1,61 milyon barel olacağını göstərirdi.

Sənəddə o da qeyd olunur ki, 2026-cı ildə gündəlik qlobal neft təklifində artım tempinin 1,1 milyon barel olacağı ehtimal edilir.

Agentlik artımın əsasən qeyri-OPEC ölkələrinin hasilat genişlənməsi hesabına baş verəcəyini bildirib. Bu, enerji bazarında təklifin tələbi üstələməsi ehtimalını artırır və qiymət dinamikasına təsir göstərə bilər.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
IEA qlobal neft təklifi proqnozunu artırıb — Fins.az — Fins.az