Hörmüz boğazının bağlı qalması neft qiymətlərini yenidən yüksəldib

Hörmüz boğazının bağlı qalması neft qiymətlərini yenidən yüksəldib

BİRJA
201

Fins.az - Hörmüz boğazının bağlı qalması və İran–ABŞ arasında İsveçrədə planlaşdırılan memorandumun imzalanmasının təxirə salınması qlobal neft bazarında qiymət artımına səbəb olub.

Məlumata görə, tərəflər iyunun 19-da İsveçrədə sənədi imzalamalı idilər. Lakin proses baş tutmayıb və Yaxın Şərqdən dünya bazarına neft daşınmasında mühüm rol oynayan Hörmüz boğazı da açılmayıb.

Bunun fonunda iyunun 20-də neft qiymətlərində artım qeydə alınıb:

  • Brent – 78 dollardan 80,57 dollara;

  • WTI – 74 dollardan 76 dollara;

  • Urals – 59 dollardan 61 dollara yüksəlib.

Azərbaycanın Azeri Light neftinin bir barelinin qiyməti isə 2,89 dollar və ya 3,61 faiz artaraq 82,95 dollara çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Hörmüz boğazının bağlı qalması neft qiymətlərini yenidən yüksəldib — Fins.az — Fins.az