
Həftəsonu neftin qiyməti
Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,95 faiz artaraq bir bareli 41,09 dollar olub.
Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,52 faiz artaraq bir barreli 38,93, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 3,5 faiz artaraq bir barreli 41,21 dollar olub.
Ekspertlər bildiriblər ki, hasilatın azalması və inkişaf etmiş dövlətlərin sərhədləri açması, müəssisələrin işə düşməsi dünya bazarında “qara qızıl”ın qiymətinin artmasına təkan verəcək.