
Bu günün valyuta məzənnələri
Fins.az - Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
"Economics"in məlumatına görə, iyunun 12-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0368 manat təşkil edib. Öz növbəsində, avro 1,9673 manata kimi, Rusiyanın 100 rublu isə 2,3573 manatadək bahalaşıb.