
Günə Baxış - 30.09.2020
Breksit danışıqlarında İngiltərə ilə AB arasında uzlaşmanın əldə olunmaması və Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanması, EURUSD və GBPUSD məzənnələrini təzyiq altında saxlayır. Təhlillərə əsasən avro 1.18$-ın altında qalarsa, 1.16, funt sterlinq isə 1.29$-ın altında qalarsa, 1.27$-a kimi ucuzlaşa bilər.
Əlvan metallar bazarlarında da qızılın qiymətində bahalaşma dinamikası zəifləyib. Foreks bazarlarında dollar yenidən bahalaşarsa, qızılın bir unsiya üzrə qiyməti də yenidən 1864 və 1848$-a kimi dəyər itirə bilər.
Bununla yanaşı, əmtəə birjalarında neftin qiymətində də sürətli ucuzlaşma başlayıb. Brent neftinin bir barel qiyməti əlavə olaraq 41$-ı yenidən qırmaqla altında qalarsa, ucuzlaşma 40$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.